Biləsuvar rayonunda Çernobıl faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Aprelin 26-da Biləsuvar rayonunda Çernobıl faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə xanım Qəmbərova, aidiyyəti təşkilat rəhbərləri və Çernobıl əlilləri iştirak etdilər. X.Qəmbərova çıxış edərək ölkə başçısı tərəfindən Çernobıl əlillərinə göstərilən qayğı və diqqətdən danışdı və onların sosial problemlərinin həlli istiqamətində rayonda görülən işlər barədə məlumat verdi.Bildirdi ki, bu qəbildən olan bütün insanlar daim diqqət mərkəzində saxlanılacaq və həmişə onların problemlərinin həllinə çalışılacaqdır.Sonra ƏƏSMM-nin direktoru Xalid Rüstəmov çıxış edərək Çernobıl əlillərinə mərkəz tərəfində göstərilən xidmətlər barədə məlumat verdi.Rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Bəhruz Əliyev və digər çıxış edənlər bildirdilər ki, çernobul hadisələri zamanı xilasetmə işlərində çalışan həmvətənlərimiz də qəhrəmanlıq nümayiş etdirərək hadisənin fəsadlarının aradan qaldırılmasında əzmlə çalışmışlar.Bu gün orada çalışan insanların övladlarında belə bu faciənin acı nəticələri vardır.Hər bir insan bu qəbildən olan əlillərə daim diqqət göstərməlidir.Çernobil Əlilləri Cəmiyyətinin sədri Sübhan Babayev və Çıxış edən Çernobıl əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.Sonda əlillərə rayon icra Hakimiyyətinin hədiyyələri və pul mükafatları təqdim olundu.