Biləsuvarda 8 Noyabr Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
8 noyabr 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasında Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilərimiz və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi. 44 günlük Vətən müharibəsinin şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Biləsuvar şəhər Mərkəzi parkının yeni salınmış ərazisində və rayonun 30 ümumtəhsil məktəbinin həyətində 5000 ədəddən çox müxtəlif növ ağaclar əkilərək suvarıldı.
Ağacəkmə kompaniyasından sonra ərazidə Regional Mədəniyyət İdarəsinin musiqiçiləri konsert proqramı ilə çıxış etdilər.