Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 8 Noyabr Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam edir.

07 noyabr 2021 | 16:00

07 noyabr 2021-ci il tarixdə rayon Mədəniyyət evində  8 Noyabr Zəfər Günü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 28 oktyabr 2021-ci il tarixdə keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin elan olunmasına  və Rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən səhnələşdirilmiş “Babək” tamaşasının təqdimatına həsr olunmuş tədbirlər keçirildi.
Keçirilən tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, rayon İcra  Hakimiyyəti  başçısı  aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilərimiz və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdi.
Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən 28 oktyabrda keçirilən inşa yazı müsabiqəsində 1-ci yerə layiq görülən Orucova Zülfiyyə Üzeyir qızına,  2-ci yerə layiq görülən  Əliyeva  Aygün Ağaddin qızına, 3-cü yerə layiq görülən  Məmmədli Səmra Ramiz qızına və müsabiqədə həvəsləndiici yerə layiq görülüyünə görə Əsədli Səkinə İmanverdi qızına Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov tərəfindən Fəxri Fərmanlar təqdim olundu.Qaliblər Əli və Nino kitab mağazalarının müxtəlif məbləğli hədiyyə kuponu ilə mükafatlandırıldı.
Sonra Biləsuvar Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Pəncərə” teatr studiyasının kollektivi tərəfindən səhnələşdirilmiş “Babək” teatr tamaşası təqdim olundu.

 

Keçidlər