Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirildi.

04 noyabr 2021 | 16:00

03 noyabr 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı yanında keçirilən Şurada 2 məsələ müzakirə olunmuşdur.
Şura iclasında Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı, Şuranın sədri Faiq Qürbətov, Şuranın üzvləri və hər iki məsələ ilə bağlı aidiyyəti şəxslər iştirak etdi.
Biləsuvar rayon İnzibati Ərazi Vahidliyində olan bələdiyyələrin fəaliyyətləri barədə olan birinci məsələ ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə  orqanları  ilə iş şöbəsinin müdiri Xanlar Məmmədov hazırlanmış arayış üzrə geniş məruzə etdi.
İclasda bələdiyyələrin yol verdikləri nöqsanlar, mövcud problemləri səsləndirilərək, onların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
İkinci məsələ olan Biləsuvar Rayon İcra Hakimiyyətinin tabeliyində olan uşaq  bağçalarının fəaliyyəti və 2021-ci ilin 9 ayı ərzində inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən maliyyələşdirilən bağçaların xərclər smetasının icra vəziyyəti barədə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova hazırlanmış arayış üzrə məlumat verdi.
Şura İclasında rayonun məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, monitorinq nəticəsində müəyyən olunmuş  nöqsan və çatışmazlıqların  tam aradan qaldırılması ilə əlaqədar uşaq bağçalarının rəhbərlərinə  tapşırıq və tövsiyələr verilmişdir.
Sonda müzakirə edilən məsələlərlə bağlı Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında Şurada müvafiq qərarlar qəbul edilmişdir.

Keçidlər