Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun məktəbəqədər təhsil müəssisələrində 8 Noyabr–Zəfər Gününə həsr olunmuş “Biz sülh istəyirik” adlı tədbir keçirilib.

02 noyabr 2021 | 16:00

2 noyabr 2021-ci ildə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq  8 Noyabr–Zəfər Günü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyəti, şəhər 1 saylı körpələr evi–uşaq bağçası və Dövlət Rəsm Qalereyasının birgə  təşkilatçılığı ilə Vətən Müharibəsində şəhid olmuş 69 qəhrəmanımızın şəkillərinin əks olunduğu geyimlərdə məktəbəqədər təhsil müəssisələrinin azyaşlılarının iştirakı ilə “Biz sülh istəyirik” adlı tədbir keçirilib.
Biləsuvar şəhər 1 saylı körpələr evi–uşaq bağçasında keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova iştirak edərək Zəfər Gününün mahiyyəti və şəhidlərimiz barədə məlumatlandırıcı nitq söyləyib.
Tədbirdə Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunmuş sərgi nümayiş olunub, uşaqlara şəhidlərimiz barədə məlumatlar verilib. Tədbirin bədii hissəsində azyaşlılar  vətənpərvərlik mövzusunda şeirlər söyləmiş, rəqs etmişlər.

 

Keçidlər