Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsi ilə birlikdə ümumtəhsil məktəblərində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda silsilə tədbirlər keçirir.

27 aprel 2014 | 15:00

11 aprel 2014-cü il  tarixindən  başlayaraq  Biləsuvar rayon İcra Hakimiyyətinin  Gənclər və İdman İdarəsi ilə birlikdə ümumtəhsil məktəblərində  “Narkomaniya əsrin bəlasıdır” mövzusunda silsilə  tədbirləri  davam etdirilmişdir.Tədbirlərdə rayon  İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Gənclər və İdman İdarəsinin,  rayon Təhsil şöbəsinin, rayon Səhiyyə şöbəsinin məsul işçiləri və əməkdaşları iştirak etmişlər.
           Məktəblərdə tədbirdən öncə   mövzu ilə əlaqədar   qısametrajlı videoçarx nümayiş etdirilir.Tədbirdə çıxış edın Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov  və digər nümayəndələr bildirdilər ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, çevrilən narkomaniya və geniş anlamda narkotizmdir. Belə tədbirlərin keçirliməsində də əsas məqsəd bu istiqamətdə gənc nəsli maarifləndirməkdir.
Çıxış edənlər bildirdilər ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası və bu istiqamətdə gənclər arasında  maarifləndirmə işlərinin aparılması narkomanlığın yayılmasının qarşısının alınmasında  mühüm rol oynayacaqdır.
Tədbirlər  Şəhər 2, 4, 6 saylı, Bağbanlar,  İsmətli, Bəydili kənd tam orta məktəblərində keçirilmiş və hazırda digər məktəblərdə davam etdirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər