Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Zəfərimizin ilk fidanları” adlı tədbir keçirildi.

01 noyabr 2021 | 16:00

       1 noyabr 2021-ci ildə  Biləsuvar rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Biləsuvar rayonunda 8 Noyabr–Zəfər Günü münasibətilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Zəfərimizin ilk fidanları–şəhid övladları ilə görüş keçirilib. Görüşdə Biləsuvar  Rayon  İcra  Hakimiyyətinin   başçısı cənab Faiq Qürbətov, Vətən müharibəsində canından keçən biləsuvarlı şəhidlərin, Mirzəyev Sarvan Əli oğlunun, Vəlizadə Sehran Nizami oğlunun, Qənbərli Vüsal İlkin oğlunun və Qurbanov Ruslan Üzeyir oğlunun  şəhadətindən sonra dünyaya gələn övladları ilə birlikdə ailələri, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə heyətinin sədri Səkinə Babayeva, “Əskərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva, “Əskərə xatirə kitabı” layihəsinin İdarə heyətinin üzvü, xeyriyyəçi, Əliş Hüseynov,  Nuran Hüseynov iştirak edib. Görüşdə şəhid övladlarının xalqımız, millətimiz üçün dəyərindən bəhs olunub və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, “Əskərə xatirə kitabı” layihəsi  tərəfindən  şəhidlərin övladlarına, ailə üzvlərinə  müxtəlif hədiyyələr bağışlanıb.
Tədbirdə Gənclər və İdman İdarəsinin, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Biləsuvar rayon nümayəndəliyinin gənc könüllüləri iştirak ediblər. 

Keçidlər