Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən onlayn qəbul zamanı 22 nəfər vətəndaşın müraciəti dinlənildi.

29 oktyabr 2021 | 16:00

29 oktyabr 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbəti onlayn qəbulu keçirilib.
Keçirilən qəbul zamanı rayonun şəhər və kəndləri üzrə əvvəlcədən müraciət edən 22  nəfər vətəndaşı narahat edən məsələlər, onların müraciətləri və irəli sürdükləri təkliflər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən dinlənilib.
Sakinlərin müraciətləri əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun və özünüməşğulluğun təmin edilməsi, torpaq məsələləri, pensiya təyinatı ilə bağlı, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.
Vətəndaşların müraciətlərini  dinləyən icra başçısı səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həll edilmiş, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülmüşdür.

Keçidlər