Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş futbol üzrə rayon birinciliyinə start verilmişdir.
25 aprel 2014-cü il tarixdən başlayaraq rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş ümumtəhsil məktəbləri komandaları arasında futbol üzrə rayon birinciliyinə start verilmişdir.
Olimpiya İdman Kompleksində keçirilən yarışlara rayonun 26 məktəb komandası qatılmışdır.Birincilik Ümummilli liderin doğum günü ərəfəsində yekunlaşacaq, qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılacaqlar.
Açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirmişdir ki, yarışların keçirilməsində əsas məqsəd rayonda idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi və zərərli vərdişlərdən tamamilə uzaq bir gənc nəslin yetişməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bunun üçün rayonda futbol, voleybol, basketbol, güləş, cüdo, boks, taekvando, üzgüçülük, gimnastika, yüngül atletika və s. idman növləri üzrə idman klublarının yaradılması üçün, müxtəlif yaşlı uşaq, yeniyetmə və gənclər arasında onların maraqları, fiziki göstəriciləri nəzərə alınmaqla seçim işlərinin aparılması işlərinə başlanılmışdır. Bu məqsədlə təhsil müəssisələrinin müəllimlərindən ibarət məşqçi-müəllim qrupları yaradılmış, rayonda mövcud olan idman obyektlərindən və Olimpiya İdman Kompleksinin güçündən maksimum səviyyədə istifadə edilməklə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdiriləcəkdir.