Biləsuvar Rayon İcra Hakimiyyəti 8 Noyabr Zəfər Günü ilə əlaqədar müsabiqə elan edir.
- Müsabiqədə iştirak edəcək şəxlər üçün yaş və təhsil səviyyəsi məhdudiyyəti yoxdur.
- İnşa yazıları Azərbaycan dilində olmalı, mətn aydın və anlaşılan olmalı, faktlara
əsaslanmalı, ədəbi dilin fonetik, leksik və qrammatik qayda və normalarına əməl etməklə
yazılmalıdır.
- Seçim zamanı mövzunun əhatəliliyi, informativlik, araşdırma və təhlilin yüksək
səviyyədə olması nəzərə alınacaqdır.
- Müsabiqədə iştirak etmək istəyənlər 27 oktyabr 2021-ci il, saat 09:00-dək
aşağıdakı anketi dolduraraq məlumatları inshamusabiqe@gmail.com
elektron poçt ünvanına göndərməlidirlər.
- Müsabiqə 28 oktyabr 2021-ci il, saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
- Müsabiqənin keçirilmə müddəti 1 saatdır.
- Müsabiqə iştirakçılarının nəticələrinin obyektiv qiymələndirilməsindən ötrü
iştirakçılara təqdim ediləcək vərəqlərdə anonimlik təmin olunacaqdır.
- Müsabiqənin qeyd olunan şərtlərinə cavab verməyən inşa yazıları qəbul edilməyəckdir.
- Müsabiqəyə təqdim edilmiş inşa yazıları tərkibi mütəxəssislərdən ibarət olan münsiflər
tərəfindən qiymətləndiriləcəkdir.
- Müsabiqənin nəticələrinə görə I,II və III yerlər müəyyənləşdirləcəkdir.
- Müsabiqə barədə əlavə məlumat almaq istəyənlər 051-519-73-37 telefon nömrəsi ilə
əlaqə saxlaya bilərlər.