Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində təntənəli nigah mərasimi keçirilmişdir.

26 aprel 2014 | 15:00

Aprelin 25-də Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində iki  gənc  ailənin-  Coşqun  və  Zenfira, Vüqar  və  Zərifənin  nigahlarının  qeydə  alınması  mərasimi  keçirildi.
Nigah mərasimindən öncə gənclər Heydər Əliyev  parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra gənclər Heydər Əliyev Mərkəzində olmuş, burada Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.Nigah mərasimində   gənc  ailələrin  valideynləri,  yaxın  qohumları, Biləsuvar  rayon  İcra  Hakimiyyətinin  məsul  işçiləri , VVADQ şöbəsinin əməkdaşları və  Heydər  Əliyev  Mərkəzinin  işçiləri  iştirak  etdilər.
Mərasimində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə xanım Qəmbərova hər iki cütlüyə xoş arzularını bildirdi, ailənin  əhəmiyyətindən  və  onların  müqəddəs  varlığından  danışdı,yeni  qurulan  gənc  ailələrə  xoşbəxtlik  arzuladı. X.Qəmbərova bu təşəbbüsün bundan sonra da davam etdirilərək bir ənənə halını alacağını qeyd etdi. Sonra gənclər arasında nikah müqaviləsi bağlanıldı və  gənclərə nikah şəhadətnaməsi təqdim olundu.
Çıxış edənlər mərasim iştirakçıları yeni ailə quran gənclərin nikah mərasimlərinin müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildirdilər.
Sonra mərasim iştirakçıları və gənclər musiqi sədaları altında rəqs etdilər.
Sonda gənc  ailələrə Biləsuvar rayon  İcra  Hakimiyyəti  adından  hədiyyələr  təqdim olundu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

    

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər