Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 5 oktyabr-Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.

05 oktyabr 2021 | 16:00

5 oktyabr 2021-ci il tarixdə Biləsuvar rayonunda 5 oktyabr-Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin rəisi Nağı Cəfərov, təhsil işçiləri, məktəb direktorları və müəllimlər iştirak etdi.
İştirakçılar əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Təhsil şöbəsinin müdiri Aqşin Bağırov müəllimləri peşə bayramları münasibətilə təbrik edərək, rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən və müəllimlərin qazandığı uğurlardan danışdı.A.Bağırov qeyd etdi ki, Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın  ölkəmizdə təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət  rayonumuzda da  öz  müsbət nəticələrini  verir. Yeni təhsil müəssisələri inşa olunur, əsaslı təmir olunur və təhsil ocaqlarının  maddi-texniki bazası yenilənərək informasiya kommunikasiya texnologiyaları ilə  təminatı  yaxşılaşdırılır. Rayonumuzda yeni istifadəyə verilən  təhil  ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları  təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir.
Ölkə rəhbərinin rayonumuzun təhsil işçilərinə verilən yüksək qiymətin nəticəsidir ki, bu gün yenidən “Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr  2021-ci il tarixli Sərəncamı ilə rayonumuzun müəlliməsi Əhmədova Təranə Sarxan qızı “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
A.Bağırov  ötən illər ərzində rayonumuzun ölkə təhsilinə verdiyi  töhvələrini qeyd edərək bildirmişdir ki, ayrı-ayrı  ali təhsil müəssisələrin məzunları olan biləsuvarlılar  hazırda respublikamızın ən müxtəlif  fəaliyyət sahələrində çalışırlar. Natiq vurğulamışdır ki, bu uğurlar həm də   Biləsuvar rayonunun təhsil müəssisələrində çalışan  pedoqoji  kollektivlərin gərgin əməyi sayəsində mümküm olmuşdur.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  çıxış edərək rayonun təhsil işçilərini və müəllimləri peşə bayramları münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.Faiq Qürbətov qeyd etdi ki, Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır və bu bayram günü ölkəmizdə 1993-cü ildən qeyd edilməyə başlanıb. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün dövlət rəhbərimiz İlham Əliyev də müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib.
Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  və  birinci vitse-prezident Mehriban xanım Əliyevanın  rəhbərliyi ilə son dövrlər ölkəmizdə  inşa olunan yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla yanaşı, həm də onların məsuliyyətini artırır.
Çıxışının sonunda Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov bir daha müəllimləri təbrik edərək, çətin və şərəfli peşələrində yeni-yeni nailiyyətlər arzuladı.
Tədbirdə Milli Məclisin deputatı  Bəhruz Məhərrəmov,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin rəisi Nağı Cəfərov, Milli Qəhrəman M. İbrahimov adına bağça- lisey--məktəb kompleksinin direktoru  Bəhruz Mehdiyev, Nərimankənd kənd ümumi orta məktəbin direktoru  Şakir Cəfərov, Şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi  Nərmin İsmayılova, Təzəkənd kənd tam orta məktəbinin müəllimi Ləyaqət Quliyeva və digərləri çıxış edərək, ölkəmizdə bu sahədə görülən işlərdən, müəllim əməyinə verilən yüksək qiymətdən və müəllimlərin qazandığı uğurlardan danışıblar.
Sonda  təhsildə fərqləndiklərinə görə bir qrup müəllimə  fəxri fərmanlar və  hədiyyələr təqdim olundu.

Keçidlər