Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Cürəli kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirilmişdir.

24 aprel 2014 | 15:00

23 aprel 2014-cü il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Cürəli  kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Yuxarı Cürəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Ağalıkənd, Təzəkənd kəndləri ilə  sərhəddir.Nümayəndəlikdə 331 təsərrüfat, 1422 nəfər əhali yaşayır.Yuxarı Cürəli kəndində  tam orta məktəb,  tibb məntəqəsi,  kitabxana, klub, poçt və yerli ATS  fəaliyyət göstərir.
Tədbirdə Yuxarı Cürəli  kənd İcra nümayəndəsi Nəcməddin Abbasov  çıxış edərək ötən  müddət  ərzində görülmüş işlərdən danışmış və  bildirmişdir ki, regionların  inkişafı çərçivəsində  kəndimizdə də tikinti abadlıq  işlər görülmüş, tam orta  məktəbdə təmir işləri aparılmış, uzunluğu 1.2 km olan mərkəzi yol asfaltlaşdırılmış,”Modul” tipli sudurulducu qurğu inşa edilmiş, yeni salınmış yaşayış massivi və kəndaxili yollar  qum-çınqıl qarışığı ilə təmir olunmuş, ərazidəki şor kollektorlarının müəyyən hissəsi lildən təmizlənmişdir. Yuxarı Cürəli kəndi hazırda təbii qazla və fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
Tədbirdə kənd sakinləri N.Nuriyev, Y.Məmmədov, B.Kazımov və başqaları çıxış edərək Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirmiş və görülən bu abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər.        
  Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq  qeyd etdi  ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda  da geniş  abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz  hərtərəfli  inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr  özünü göstərir. Yollarımız  təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə  insanları narahat edən heç bir problemlər olmayacaq.
Sonra rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Yuxarı Cürəli kənd sakinlərinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Qəbul zamanı müraciət edən 4 vətəndaşdan 2 müraciəti yerindəcə həll olundu, iki nəfərin probleminin həlli ilə bağlı müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.

Keçidlər