Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıllar Günü ilə əlaqədar 101 yaşlı rayon sakini Kübra Kazımovanın ailəsi ziyarət olundu.

01 oktyabr 2021 | 16:00

01 Oktyabr 2021-il tarixdə Biləsuvar rayonunun ən yaşlı sakinlərindən olan 101 yaşlı Kübra Kazımovanın ailəsinə baş çəkildi. Ahıllar Günü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, aparatın əməkdaşları, Başçının  Ağayrı kənd ərazi dairəsi üzrə icra nümayəndəsi və kənd bələdiyyəsi, Gənclər  və İdman İdarəsinin nümayəndələri, Biləsuvar Qadın Resurs Mərkəzi, gənc könüllülər iştirak etmişdir. 
Söhbət zamanı rayonun ahıl qadını Kübra Kazımova uzunömürlülüyün sirrlərindən danışıb, keçmiş xatirələrini bölüşüb, gənclərə öz məsləhətlərini verib, ağbirçək dualarını edib. Görüş zamanı Kübra Kazımovanın səhhəti ilə maraqlanılıb, qayğıları, problemləri dinlənilib və hər zaman rayon rəhbərliyi tərəfindən nəzarətdə olacağı bildirilib.
101 yaşlı ağbirçəyin nəvələri, nəticələri ilə yanaşı artıq kötücələri də var. Kübra Kazımova hamının marağına səbəb olacaq qədər pozitiv, həyat dolu, enerjili qadındır, kötücələrinin toy-büsatını görmək arzusundadır.
Allahdan Kübra xanıma uzun ömür, can sağlığı arzu edir, həyat dolu arzularının həyata keçirilməsini diləyirik.
Bayram münasibəti ilə 101 yaşlı Kübra Kazımova və ailəsi göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Keçidlər