Biləsuvar rayonunda 1 oktyabr-Ahıllar Günü qeyd olunub.
Biləsuvar rayon İcra Hakimiyyətində 1 oktyabr- Beynəlxalq Ahıllar Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edildiyini və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i tarixinin bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunduğunu bildirib. Qeyd olunub ki, bu tədbirin beynəlxalq səviyyədə keçirilməsi ahıllara diqqət və qayğının artırılması məqsədini daşıyır. Ölkəmizdə 1993-cü ildən qeyd edilən Beynəlxalq Ahıllar Gününün ümummilli lider Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsi olduğu və onun 22 iyun 2001-ci il tarixdə imzaladığı “Ahıllara sosial xidmət haqqında” Qanunun yaşlı insanların problemlərinə həssas münasibət göstərilməsini stimullaşdırdığı vurğulanıb. Bu gün də yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. İcra başçısı bildirib ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən bu siyasət ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə geniş miqyas almasına imkan verib. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb.
Tədbirdə çıxış edən rayon Ağsaqqallar şurasının sədri Əli Babayev, ağsaqqallardan Akif Kazımov, Qəmbər Bağırov və digərləri yaşlı nəsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar ölkə başçısının düşünülmüş, məqsədyönlü siyasətini hər zaman dəstəklədiklərini bildiriblər.