Biləsuvar pambıqçıları ili yüksək məhsuldarlıqla başa vurmağı qarşılarına məqsəd qoyublar.
Bu il Biləsuvar rayonunda mülkiyyətçilər tərəfindən 8440 hektar sahədə pambıq bitkisi əkilmişdir. 3400 hektar sahədə “MKT İstehsal Kommersiya” MMC ilə, 3010 hektar sahədə “Azərpambıq” MMC ilə, 2030 hektar sahədə isə “P-Agro” MMC ilə müqavilə bağlayan mülkiyyətçilərimiz bu ildə də sahələrdən yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələri ilə çalışaraq hər bir aqrotexniki işləri vaxtında və keyfiyyətlə apararaq bol məhsul yetişdiriblər.Artıq sahələrdən məhsulun toplanmasına başlanılmışdır. Pambıq yığımına başlanması ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov sahələrdə olaraq pambıqçılara uğurlar arzulayıb.Qeyd edək ki, biləsuvarlı “ağ qızıl” ustaları əvvəlki illərdə olduğu kimi, bu təsərrüfat ilində də pambıq sahələrindən yüksək məhsuldarlıq əldə etməyi qarşılarına məqsəd qoyaraq, strateji məhsulun tədarükündə əvvəlki illərdə olduğu kimi bu il də respublikanın qabaqcılları sırasında durmağı hədəfləyirlər.
Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyıganlar hazır vəziyyətə gətirilib və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə qərargah yaradılıb.
Biləsuvar rayon İcra Hakimiyyəti olaraq məhsul yığımında hər bir pambıqçıya uğurlar arzulayırıq!