Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən onlayn qəbul zamanı 27 nəfər vətəndaşın müraciəti dinlənildi.
24 sentyabr 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbəti onlayn qəbulu keçirilib.
Keçirilən qəbul zamanı rayonun şəhər və kəndləri üzrə qəbula yazılmış 27 nəfər vətəndaşı narahat edən məsələlər, onların müraciətləri və irəli sürdükləri təkliflər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən dinlənilib.
Sakinlərin müraciətlərində əsasən maddi köməklik olunması, məşğulluğun və özünüməşğulluğun təmin edilməsi, kənd təsərrüfatı və torpaq məsələləri, qonşu mübahisələri, su ilə təminat və digər sahələr üstünlük təşkil edib.
Vətəndaşların müraciətlərini dinləyən icra başçısı səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həll edilmiş, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülmüşdür.