Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirildi.

10 sentyabr 2021 | 16:00

10 sentyabr 2021-ci il tarixdə  Biləsuvar rayon İcra Hakimiyyətində  2020-2021-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Görüşdə iştirak edən Biləsuvar  rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etməyi arzulayıb.
Rayon icra hakimiyyətinin başçısı görüşdə təhsilin inkişafına göstərilən dövlət qayğısından və  bu sahədə əldə edilən uğurlardan danışaraq qeyd edib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız buraxılış imtahanlarında yüksək nəticələr əldə edirlər. Biləsuvar rayonunda bu il abituriyentlərdən 12 nəfəri 600-dən, 25 nəfəri isə 500-dən yüksək bal toplayıblar.Ən yüksək nəticəni  isə 656 balla Biləsuvar şəhər Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksinin məzunu Muradlı Gülnar Bəhruz qızı göstərib. Bu ilki tədris ilində rayon üzrə 300 nəfər abutiriyent tələbə adını qazanaraq respublikamızın müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşdur.
Görüşdə yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlar çıxış edərək bundan sonra da daha fəal çalışaraq yüksək biliklər qazanacaqlarını və Azərbaycanımızın adını daima zirvələrə daşıyacaqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə fəxri fərmanlar təqdim olunaraq xatirə şəkli çəkdirilib.

Keçidlər