Şriftin ölçüsü :

Saytın rəngi :

Niderland Krallığının ölkəmizdəki səfiri xanım Pauline Eizeman Biləsuvar rayonuna səfəri zamanı bir çox tədbirlərdə iştirak etmişdir.

08 sentyabr 2021 | 16:00


  07 sentyabr 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayona səfər edən Niderland Krallığının ölkəmizdəki səfiri xanım Pauline Eizeman ilə görüş keçirmişdir.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Ailə, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Frakassetti və digər qonaqlar da iştirak etmişlər.
Rayon İcra Hakimiyyətində tanışlıq məqsədilə keçirilən tədbirdən sonra qonaqlar Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qadın Resurs Mərkəzinin benefisiarları ilə görüşmüşlər.
Bildirilmişdir ki,bu layihə BMT İnkişaf Proqramı tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilir. Layihənin ümumi məqsədilə qadınların öz icmalarında və cəmiyyətin iqtisadi və sosial həyatında daha fəal iştirak etməsi üçün lazım olan hər cür dəstəklə təmin edilməsidir. 2020-ci ilin noyabr ayından bu günə kimi Niderland Krallığının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının  və Dövlət Komitəsinin birgə icra etdiyi "Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək" layihəsi çərçivəsində Biləsuvarda yaşayan 96 qadın CV yazma və təqdimat bacarıqları, QHT-lərin idarəedilməsi, kompüter bacarıqları, marketinq, brendləşmə və satış bacarıqları üzrə təlimlərdə iştirak ediblər.Təlimləri başa vuran 11 qadın tərtib etdiyi biznes planına əsasən lazımi avadanlıqlarla təmin edilib.
Birgə səylər xüsusi olaraq rayon və kənd qadınlarının sahibkarlıq bacarıqlarının və iş potensialının gücləndirilməsi, işgüzar əlaqələr və şəbəkələrin vasitəsilə qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına yönəlib.
Tədbirdə çıxış edənlər layihənin vacibliyini qeyd edərək, qadınların biznes bacarıqlarının dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.
Sonra qonaqlar Biləsuvar rayonunda  son bir il ərzində kənd qadınlarının qurduğu kiçik bizneslərə baş çəkiblər.

Keçidlər