Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir.

17 aprel 2014 | 15:00

16 aprel 2014-cü il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd  kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
            Nərimankənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Nəsimikənd, Səmədabad kəndləri  ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 831 təsərrüfat, 3919 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə  tam orta məktəb,  ümumi orta məktəb,  müasir tələblərə cavab verən həkim ambulatoriyası, kənd klubu,  kitabxana,  EATS və poçtampt fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Nərimankənd  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki,  2,3  km məsafədə kənddaxili  yol asfaltlaşdırılmış,  2.9 km kəndaxili yol isə qum-çınqıl qarışığı ilə təmir olunmuş, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir.Kəndin  əsas təbii qaz xətlərinin çəkilişi yekunlaşmışdır. Əhali fasiləsiz olaraq elektrik enerjisi təmin olunur.Kənddə əhalini içməli su ilə təmin etmək məqsədilə “Modul” tipli sudurulducu qurğu quraşdırılmış və bulaqlar tikilmişdir.
        Tədbirdə Nərimankənd  kənd İcra nümayəndəsi Asif Ağamalıyev çıxış edərək ötən  dövr  ərzində  görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi. Kənd sakinləri R.Əliyev, B.Mehtiyev, H.Əliyev və başqaları çıxış edərək Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirmiş və görülən bu abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər.
           Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Özəl sahəyə xüsusi diqqət yetirilir ki, bunuda nəticəsində sahibkarlığın inkişafı dəstəklənir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Görülən bütün bu işlər,  bu inkişaf, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, firəvan yaşaması, insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. M.Quliyev Nərimankənd kəndində də ötən dövrdə bir çox quruculuq  işləri aparıldığını qeyd edərək bildirdi ki, digər kəndlərimiz kimi Nərimankənddə də   təbii qaz çəkilir, kəndin yeni yaşayış massivlərindəki  yollara qum-çınqıl  örtük qoyulur, şor kollektorları qazılır, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Nərimankənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Qəbul zamanı müraciət edən  6 vətəndaşdan  ikisinin  müraciəti yerindəcə həll olundu, digər problemlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.

Keçidlər