Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində dezinfeksiya işləri davam etdirilir.

10 avqust 2021 | 16:00

10 avqust 2021-ci il tarixdə Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Biləsuvar rayonunda növbəti tibbi-profilaktik və dezinfeksiya tədbirləri aparılıb.
Tədbirlər  əsasən şəhərin küçələrini, çoxmənzilli binaların giriş bloklarını, parkları və digər  əraziləri  əhatə edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün rayonda mütəmadi olaraq zəruri tədbirlər görülür.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən bu istiqamətdə lazımi bütün tədbirlər həyata keçirilir.
İnsanların sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər