Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda videokonfrans keçirilmişdir

06 iyul 2021 | 16:00

06 iyun 2021-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair videokonfrans keçirilmişdir. Videokonfransda rayon İcra Hakimiyyətinin, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin məsul işçiləri, ərazi nümayəndələri və yerli bələdiyyələrin sədrləri iştirak etdilər.
Videokonfransda Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Orxan Məmmədyarov çıxış edərək qeyd etmişdir ki, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona görə də, dənli və texniki bitkilərin tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən strateji əhəmiyyətli taxılın yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir. Hazırda kənd təsərrüfatı taxıl və ot biçmi, həmçinin texniki bitkilərin becərilməsi  işləri aparılır. Yerlərdə taxıl zəmilərində, otlaq sahələrində, qamışlıqlarda, habelə meşə fondu ərazilərində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədi ilə vətəndaşların yanğın təhlükəsizliyi norma, standart və qaydaların tələblərinə riayət etmələri üçün müvafiq tədbirlərin görülməsi, qeyd olunan ərazilərdə yanğın təhlükəsi yaradan halların aradan qaldırılması və həmin ərazilərin yanğın təhlükəsizliyi ilə bağlı nəzarətdə saxlanılması məqəsədi ilə qabaqlayıcı tədbirlərin görülməlidir. Biçilmiş taxıl zəmilərinin şumlanması ilə bağlı geniş izahat işləri aparılması, qeyd olunan təhlükəsizlik tədbirlərini pozan hər bir fiziki və hüquqi şəxs barəsində qanunvericilikdə müəyyən olunmuş zəruri təxirəsalınmaz tədbirlərin görülməlidir,habelə dənli və texniki bitkilərin biçini ilə əlaqədar olaraq əraziyə daxil olan texnikalara texniki baxışın keçirilməsi və bu texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Kombaynların biçini zamanı həmin əraziyə kotanlı traktorun cəlb edilməsi, sahədə açıq oddan istifadə olunmaması, tütün məmulatlarından istifadə edilməməsi, yanğınların söndürülməsi üçün ilkin yanğınsondürmə vasitələrin mövcudluğu barədə məlumat bir daha onların nəzərinə çatdırılmışdır. Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə rayon icra hakimiyyətinin başçısı ilə razılaşdırılmış Tədbirlər Planı hazırlanmışdır. O.Məmmədyarov həmçinin qeyd etdi ki, çoxmərtəbəli yaşayış binalarının  həyətlərində toplanmış məişət tulantılarının, yol kənarı quru kol-kos ərazilərin bəzi şəxslər tərəfindən  yandırılmasının qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsinin vacibliyini bildirdi.                                                                                                                                                                                                                                                                                       Videokonfransda çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov müzakirə olunan məsələnin vacibliyini və  daim diqqət mərkəzində saxlandığını qeyd etdi. Ot və taxıl biçini mövsümündə tarlalarda və meşə massivlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməli, qabaqlayıcı tədbirlər görməlidir. Bu məqsədlə yerlərdə  mülkiyyətçilərlə maarifləndirmə işlərinin aparılması və onlara yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi tapşırılmamlıdır. Biləsuvar şəhər Mənzil İstismar İstehsalat Sahəsinin rəisi Adıgözəl Məmmədov çoxmərtəbəli yaşayış binalarının yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinin vacibliyi və bu sahədə görüləcək işlərdən danışdı.

Keçidlər