Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətində operativ idarəetmə mərkəzi vasitəsilə vətəndaşlarla növbəti qəbul keçirildi.

12 aprel 2014 | 15:00

11 aprel 2014-cü il tarixdə Biləsuvar  rayon İcra Hakimiyyətində fəaliyyət göstərən  operativ idarəetmə  mərkəzi  vasitəsilə vətəndaşlarla növbəti qəbul keçirildi. Mərkəz rayonun 8 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi (Biləsuvar şəhəri, Xırmandalı, Bağbanlar, Aşağı Cürəli, Amankənd, Ağalıkənd, Ağayrı, Nəsimi kəndləri) əhatə etsə də digər kəndlərin sakinlərinin də problemlərini dinləmək üçün qonşu kəndlərdən istifadə edərək müraciətlərini bildirməsi təşkil edilmişdir.Operativ  idarəetmə  mərkəzində keçirilən qəbulda   rayon sakinləri  İcra Hakimiyyətinin inzibati  binasına gəlmədən  icra nümayəndəliklərində quraşdırılmış texniki vasitələrin köməyi ilə birbaşa  müraciət edərək öz problemlərini bildirdilər.Qəbulda rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov, İH Başçısının müavinləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak  etdilər.Qəbul zamanı Biləsuvar şəhərindən 4, Xırmandalı kəndindən 4 nəfər, Amankənd kəndindən 2 nəfər, Ağayrı kəndindən 3 nəfər,Nəsimi kəndindən 2 nəfər, Bağbanlar kəndindən 3 nəfər,  Aşağı Cürəli kəndindən 2 nəfər, Ağalıkənd kəndindən 2 nəfər olmaqla ümumilikdə 22 vətəndaşın müraciəti dinlənildi.Qaldırılan müraciətlər əsasən əkin sahələrinin suvarılmasında istifadə olunan baş suvarma kanallarının qazılması, şor kollektorlarının lildən təmizlənməsi, əkin sahələrinə gedən yolun hamarlanması, yeni yaşayış massivlərində olan nasaz elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi və məhəllədaxili yolların qum-çınqılla örtülməsi ilə bağlı olmuşdur. Qəbulda hər bir vətəndaşı narahat edən məsələ rayonun aidiyyəti idarə rəhbərinin iştirakı ilə analiz olunaraq problemin həlli barədə konkret tapşırıqlar verildi. Vətəndaşların operativ qaydada qəbulu bir daha onu göstərir ki, yaradılan bu şərait nəticəsində sakinlər qısa zaman kəsiyində onları narahat edən problemlərini aidiyyəti təşkilatlara çatdıra bilir və beləliklə qaldırılan məsələlər kompleks şəkildə həll olunur.
Ümumiyyətlə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  tapşırığına əsasən rayonlarda yaradılan operativ  idarəetmə  mərkəzlərinin fəaliyyəti məhz vətəndaşların  maneəsiz, daha asanlıqla dövlət orqanlarına müraciət etmək  imkanlarının təmin olunmasına və onları narahat edən məsələlərin tez bir zamanda həll olunmasına  xidmət edir.

Keçidlər