Şriftin ölçüsü :

Saytın rəngi :

M Ə L U M A T

09 iyun 2022 | 15:34
M Ə L U M A T
Yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən “Rəqəmsal İcra Hakimiyyəti” portalı yaradılıb.
Portaldan istifadə edən hər bir vətəndaş üçün İcra hakimiyyətinin göstərdiyi elektron xidmətlər daha sürətli, asan və əlçatan olmaqla yanaşı, vətəndaş yerli icra hakimiyyəti orqanlarıyla həm onlayn, həm də yerində görüşlər üçün müraciət imkanı əldə edir.
Portal həm yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, həm də vətəndaşların vaxt və resurslarına qənaət etməyə kömək edir.
Hörmətli vətəndaşlar!
Vaxtınıza qənaət etmək istəyirsinizsə Yerli İcra Hakimiyyəti Orqanlarına müraciətlərinizi “Rəqəmsal İcra Hakimiyyəti” portalı https://rih.gov.az üzərindən edin.
“Rəqəmsal İcra Hakimiyyəti” portalının təlimat videosu
Keçidlər